Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bill Qeyts qlobal iqtisadiyyatda ləngimə proqnozlaşdırıb

100 Baxış
Ukraynada müşahidə olunan böhran qlobal iqtisadi ləngiməyə səbəb olacaq.

Turanmedia.az xəbər verir ki, bu proqnozla “Microsoft”un yaradıcısı, milyarder və xeyriyyəçi Bill Qeyts çıxış edib.

Milyarderin sözlərinə görə, bu ölkədə xammal qiymətlərinin kəskin artmasına səbəb olan vəziyyət onsuzda dövlət borcu səviyyəsinin yüksək olduğu və tədarük zəncirində bəzi problemlərin mövcud olduğu pandemiya dövründə yaranıb.

“ABŞ, İngiltərə və Hindistan da daxil olmaqla bir çox ölkə inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini artırmağa başladı. Bu, nəticədə iqtisadi artımın ləngiməsinə səbəb olacaq”, – Bill Qeyts söyləyib.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678