Azərbaycanda nağdsız ödənişlərin həcmi kəskin artıb

16 Baxış
Bank sistemi üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 130 min ədəd artaraq 11 milyon 901 min ədəd təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.2% artıb.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ödəniş kartlarında artım debet kartları üzrə 18.8%, kredit kartları üzrə 30.7% təşkil edib.

“Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 41 min, kredit kartları 357 min, digər kartlar isə 1.6 mln. ədəd artıb”, – deyə hesabatda qeyd olunub.

Hesabata əsasən ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü (2021-ci ilin yanvar-aprel ayları) ilə müqayisədə 2.3 dəfə artıb. 2022-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1659 mln. manat təşkil edib.