Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan Avropaya ixrac etdiyi qazın həcmini artıra bilər – AÇIQLAMA

104 Baxış
Rusiya Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyinə ciddi zərbə vurdu. Rusiyaya tətbiq olunan sanksiyalar fonunda şimal qonşumuz Avropa dövlətlərinə qaz nəqlini dayandırır. Belə bir məqamda Azərbaycan qazının Avropaya ixracı yenidən gündəmə gəlir.

Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə toxunaraq bildirib ki, yeni çağırışları və tələbləri nəzərə alaraq digər potensial qaz istehlakçıları ilə müzakirələr aparılır. Dövlət başçısı bildirib ki, TANAP-ın genişləndirilməsi ilə bağlı düşünə bilərik.

Maraqlıdır, TANAP layihəsi genişləndirilə bilərmi? Bunun ölkəmiz üçün hansı əhəmiyyəti olacaq?

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, TANAP layihəsi genişləndirilə bilər:

“Azərbaycan Avropaya qazı Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edir. Cənub Qaz Dəhlizinin əsas elementləri TANAP və TAP layihələridir. TANAP layihəsinin indiki ötürmə gücü 16 milyard kubmetrdir. Bu göstərici 31 milyard kubmetrə qədər genişləndirilə bilər. TANAP-ın uzantısı olan TAP layihəsinin ötürmə gücü 10 milyard kubmetrdir. Həmçinin, bu göstərici 20 milyard kubmetrə qədər artırıla bilər”.

İqtisadçının fikrincə, interkonnekterlər çəkildikdən sonra bu mümkün ola bilər:

“Ölkə Prezidenti TANAP-ı maksimal gücə qədər artıra biləcəyimizi deyir. Çünki tikinti zamanı bunun əsası qoyulub. Yəqin ki, interkonnekterlər çəkildikdən sonra bu mümkün ola bilər. TANAP-ın genişləndirilməsi ölkənin mənafeyinə uyğundur. Texniki cəhətdən Azərbaycan il ərzində Avropaya ixrac etdiyi qazın həcmini Cənub Qaz Dəhlizi çərçivəsində 31 milyard kub metrə qədər artıra bilər. Borunun tam gücü ilə işləməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678