Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müəssisə işçini məcburi məzuniyyətə göndərə bilərmi? – AÇIQLAMA

166 Baxış
Məzuniyyət hər bir insanın ən təbii haqqıdır. Bütün il zəhmət çəkib çalışan hər bir şəxs məzuniyyətə çıxmaq istəyir. Lakin bəzən bu məsələdə işçi ilə işəgötürən arasında müəyyən problemlər yaranır. Əmək Məcəlləsində hazırda məzuniyyətə görə məcburilik tələbi yoxdur. Amma hər ilin əvvəlində qanuna əsasən həmin ilin məzuniyyət qrafiki təsdiq edilir. Bəzən müəssisə işçiləri ilin əvvəlində, yaxud sonunda məcburi məzuniyyətə göndərmək istəyir. Belə olan zaman isə müəyyən narazılıqlar və etirazlar olur.

Bəs görəsən, bu nə dərəcədə düzgündür? Müəssisə işçini məcburi şəkildə məzuniyyət göndərə bilərmi?

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Sahib Məmmədov bildirib ki, bəzən ödənişsiz məzuniyyətlər beş, yaxud on il çəkir:

“Bəzən istehsalatla bağlı hansısa problemlər yaşanır. Məsələn, istehsal dayandıqda, yaxud işin həcmi azaldıqda işəgötürən şəxslər işçilərin əmək müqaviləsinə xitam vermək əvəzinə onları qrup halında ödənişsiz məzuniyyətdə göndərir. Əmək Məcəlləsində bu məsələ yer alır. Yəni işəgötürənin belə bir haqqı var. Lakin burada sui-istifadə halları çoxdur. Bəzən ödənişsiz məzuniyyətlər beş yaxud on il çəkir. Qanunla bu əslində belə olmalı deyil”.

Ekspertin fikrincə, işçi belə olan halda etiraz edə bilər:

“1990-cı illərdə belə hallar çox olub. Zavodlar bağlandığı zaman xeyli sayda işçi məzuniyyətə göndərildi. Lakin əgər istehsalın həcmi həqiqətən azalıbsa və işçi məzuniyyətə getmək istəmirsə, müəssisə işçini ixtisara sala bilər. İxtisara düşənlər buna görə sığorta stajına uyğun olaraq müavinət alır. Belə olan təqdirdə işçi şikayət edə və ya çalışdığı qurumu məhkəməyə də verə bilər”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678