Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məhsul subsidiyasının genişləndirilməsi təklif edildi

107 Baxış
Kənd təsərrüfatı siyasətində ildən-ilə məhsul subsidiyasının artırılması, eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalçılarının torpaqlarından səmərəli istifadəsini zəruri edir.

Turanmedia.az Report-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası” ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Onun sözlərinə görə, hazırda kənd təsərrüfatının əsas məqsədi əhalinin ərzaqla, sənayeni xammalla təmin etmək, ixrac potensialını yüksəltməkdir: “Məhz üç məqsəd üzrə ölkədə istehsalda məhsuldarlığın artırılması istiqamətində dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir. Torpaqdan səmərəli istifadə həmin torpaqları tanımaqdan gedir, bir neçə il ərzində həyata keçirilən siyasət çərçivəsində, torpaq və su resurslarından səmərəli istifadə üçün aqrokimyəvi analizlərin aparılması təmin edilib.

Fermerlər subsidiya məbləğindən aqrokimyəvi analizlərin aparılması üçün istifadə edə bilərlər. Fermerlərə belə imkan yaradılıb ki, hər hansı bir problem yaşamasınlar. Torpaqlarını tanıyaraq istehsal həyata keçirən fermerlərin həm məhsuldarlıq, həm də ölkədəki təbii resursların səmərəli istifadəsi istiqamətində qatqısı olacaq”.

Xatırladaq ki, ölkədə pambıq, tütün və şəkər çuğunduru üzrə məhsul subsidiyası ödənilir.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678