Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı ARTIRILDI

103 Baxış
Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, dəyişikliklə gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı artırılıb.

Belə ki, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib.

Məcəlləyə edilmiş dəyişikliklə hüquqi şəxslərin faiz gəlirlərinə görə vahid vergitutma mexanizmi tətbiq olunacaq.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678