Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lirədən yeni tarixi minimum

124 Baxış

Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,0980 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu, ötən rəsmi məzənnə ilə müqayisədə 0,2% azalma deməkdir. İyun ayının əvvəlindən lirə 5,5% dəyər itirib.

Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi iyunun 17-də 0,0982 manat qeydə alınmışdı.

Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.

Qeyd edək ki, Türkiyədə dollar yeni həftəyə 17,35 lirədən, avroda isə 18,27 lirədən başlayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678