Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazaxıstanda dolların bahalaşması Azərbaycana necə təsir edəcək? – Manatın aqibəti ilə bağlı AÇIQLAMA

126 Baxış

Qazaxıstanda dollar kəskin bahalaşıb. Belə ki, Mərkəzi Asiya ölkəsində dollar 470 təngəyə satılır. Bu xəbər Azərbaycanda da dolların bahalaşacağı ilə bağlı fikirlərin yayılmasına səbəb olub.

Bəs görəsən Qazaxıstanda yaşanan halın Azərbaycanda təkrarlanması mümkündürmü?

Turanmedia.az xəbər verir ki, konkret.az-ın ünvanladığı sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda dolların bahalaşması üçün heç bir əsas yoxdur: “Çünki neftin qiymətinin yüksək səviyyədə olması indiki tədiyyə balansında 10 milyard dollara qədər müsbət saldonun yaranmasına səbəb olub. Belə bir şəraitdə manata heç bir təhlükə yoxdur və dollar bahalaşa bilməz.

Natiq Cəfərli Əli Kərimlini “bədbəxt” adlandırdı

İqtisadçınız sözlərinə görə, neftin qiyməti nə qədərki yuxarıdır, Azərbaycan manatı (obrazlı desək kağız neft) üçün təhlükə görünmür. Nə vaxt ki, neftin qiyməti kəskin ucuzlaşacaq, o zaman manat üçün təhlükə yaranacaq.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678