Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mehdiyevanın bankı zərərdə: 50 milyon məsələsi, bağlanma riski

85 Baxış

“Bank BTB” ASC 2022-ci ilin ikinci rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, sözügedən dövrə bankın cəmi aktivləri 354,384 mln manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% azdır.

Müştərilərə verilmiş xalis kreditlərin həcmi illik müqayisədə 0,6% artaraq 238,306 mln manat təşkil edib.

Ötən ilin ikinci rübünün yekunları ilə müqayisədə bankın tələbli depozitlərin həcmi 1,3 dəfə azalaraq 11,856 mln manata, müddətli depozitləri isə 4,2% artaraq 128,103 mln manata çatıb. Bankın cəmi öhdəlikləri isə 1,5% artaraq cari ilin iyunun 30-a 304,629 mln manat təşkil edib.

KAPİTALI 50 MLN MANATDAN AŞAĞI DÜŞÜB

“Bank BTB”nin cəmi kapitalı isə illik müqayisədə 5,1 mln manat və ya 9,4% azalaraq 49,755 mln manata enib.

Cari ilin ilk yarısında bankın xalis faiz gəlirləri 4,962 mln manat, xalis qeyri-faiz xərcləri isə 4,888 mln manat təşkil edib.

ZƏRƏRDƏDİR

Əməliyyat mənfəəti 74 min manat olan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5,348 mln manat ayırıb. Mənfəətindən vergi ödəməyən bankın 2022-ci ilin iyunun 31-nə xalis zərəri 5,274 mln manat təşkil edib. Bununla da bankın bölüşdürülməmiş zərəri 19,702 mln manata çatıb.

Qeyd edək ki, ötən bir neçə ildə bağlanan “AtaBank”, “Amrahbank”, “AGBank” və bir sıra digər bankların kapitalı 50 milyon manat həddindən aşağı düşmüşdü.

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678