Mustafayevlə Qriqoryan görüşəcək

16 Baxış

Avqustun 30-da Moskvada Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyasının ikinci iclası keçirilib.

İclas Azərbaycan baş nazirin müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə baş tutub.

Rəsmi məlumatda onların bir daha görüşəcəyi bildirilir.

Turanmedia.az-ın məlumatına görə, “Ölkə.Az” “Joxovurd”a istinadən xəbər verir ki, növbəti görüş Brüsseldə olacaq.

“Görüş avqustun 31-də Aİ-nin təşəbbüsü ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra əldə olunacaq razılaşmaya əsasən reallaşacaq. Hələlik hansı razılaşmaların əldə olunacağı və baş nazir müavinlərinin hansı danışıqlar aparacağı bəlli deyil, ancaq görüş bir ay ərzində baş tutacaq”, – mətbu orqanı yazıb.