Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avro niyə ucuzlaşır və bu valyutanın yenidən bahalaşması nə qədər vaxt aparacaq? – AÇIQLAMA

95 Baxış

Avronun 20 illik minimuma qədər ucuzlaşması dünya valyuta bazarında narahatlığın yaranması ilə müşaiyət olunur. Uzun illərdir dünyanın ən sabit valyutalarından hesab olunan avronun qisa müddət ərzində ucuzlaşmasını mütəxəssislər bir çox amillərlə əlaqələndirirlər. Bəs görəsən avro niyə ucuzlaşır və bu valyutanın yenidən bahalaşması nə qədər vaxt aparacaq?

Turanmedia.az xəbər verir ki, mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, pandemiya dövründə avrozonada iqtisadiyyatın böyümə tempinin aşağı düşməsi ilə avronun zəifləməsi prosesi başladı: “Daha sonra isə növbəti ciddi zərbə Rusiya-Ukrayna konflikti oldu. Çünki müharibə artıq avrozonanın sərhədlərində gedir və proses Qərbin Rusiyaya qarşı sanksiyaları ilə müşaiyət olunur. Sanksiyalar isə təbii ki, birtərəfli təsirə malik deyil. Bunun Avropa iqtisadiyyatı üçün bir bədəli mövcuddur. Bu da avrozona üçün resessiya (İqtisadi geriləmə) risklərinin yüksəlməsi ilə nəticələndi. Avrozonanın gələcək taleyi ilə bağlı investorlarda müəyyən suallar yaranır və onlar son nəticədə bu valyutaya yatırım etməkdən qismən də olsa çəkinirlər. Təbii ki, FED-in apardığı siyasətin də avronun ucuzlaşmasına təsiri danılmazdır. FED-in uçot dərəcəsini artırması və sərt manitar siyasət yeritməsi sonda dolların dünya bazarında möhkəmlənməsini şərtləndirir. Bu da bütövlükdə yığım valyuta növü kimi dolların satışını gücləndirir. Nəticədə avronun ucuzlaşması istiqamətindəki proseslər dərinləşir”.

Ekspert: Ya köləliyimizdən pul qazanacağıq, ya da intellektimizdən

İqtisadçının sözlərinə görə, Avropa Mərkəzi Bankı nisbətən daha ehtiyyatlı davranır: “Yəni FED və digər mərkəzi banklara nisbətən prosesə ləng reaksiya verir. Bu ləng reaksiyanın özü də avronun ucuzlaşması üçün daha əlverişli zəmin formalaşdırır. Avropa Mərkəzi Bankı indiki halda bazara daha sərt siqnallar verməlidir. Manitar siyasətin sərtləşməsi ilə bağlı görülən tədbirlər planının detalları açıqlanmalıdır. Əlbəttə ki, digər məsələ Rusiya-Ukrayna konfliktinin hansı istiqamətdə cərəyan edəcəyi ilə bağlıdır. Bugünkü şərtlər daxilində hələlik bazar iştirakçıları ehtiyyatlı davranmağa çalışacaqlar. Bu da təbiidir. Yəni özünü müdafiə instinktidir. Düşünmürəm ki, avronun ucuzlaşması prosesi daha da dərinləşsin. Avro təxminən ilk yaradıldığı dövrdə dollara olan məzənnəsi səviyyəsində qalacaq. Bundan sonra kiçik dalğalanmalar ola bilər. Ancaq dayanıqlı məzənnə itkisini müşahidə etməyəcəyik. Amma avronun bahalaşması da çox zaman ala bilər. Bu, hazırkı geosiyasi vəziyyətdən və 2022-2023-cü illərdə avrozona iqtisadiyyatının göstərəcəyi performansdan asılı olacaq”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678