Sahibkarlarla növbəti görüş Yevlax rayonunda keçiriləcək
49 Baxış

SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Yevlax rayonunda görüşü təşkil olunacaq.
Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.
“Səyyar qəbul otağı” noyabr 11-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək