Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazirlik Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillər alıb

149 Baxış

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınması üzrə elan etdiyi tenderlərə yekun vurub.

Oxu.Az-ın dövlət satınalmaları elektron portalından əldə etdiyi məlumata əsasən, nazirlik bununla bağlı “Prime İnşaat” MTK, “AN İnşaat” MMC və Nizami Abdullayev adlı fiziki şəxslə ümumi dəyəri 3 milyon 766 min 676 manat dəyərində müqavilə bağlayıb.

Tender üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə, Lənkəran, Ağdaş və Yevlax şəhərlərindən bir, iki və üç otaqlı olmaqla ümumilikdə 214 mənzilin satın alınması nəzərdə tutulub. 

Nazirlik mənzillərin təmin edilməsi üzrə “Prime İnşaat” MTK ilə 783,8 min manat, “AN İnşaat” MMC ilə 1 milyon 225,6 min manat, Nizami Abdullayev adlı fiziki şəxslə 1 milyon 757,3 min manat həcmində ayrı-ayrı müqavilələr imzalayıb.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678