Azərbaycanda 24 illik şirkət ləğv olunur

11 Baxış

Azərbaycanda 140 min manat nziamnamə kapitalı olan şirkət ləğv olunur.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən “Avrora-Çay” ASC ləğv olunacaq.

Səhmdar cəmiyyətinin ləğv edilməsi, ləğvetmə komissiyasının (təsviyyəçinin) seçilməsi ilə bağlı məsələ cəmiyyətin səhmdarlarının 2022-ci il dekabrın 27-i saat 11.00-da baş tutacaq növbədənkənar ümumi yığıncağında baş tutacaq.

Qeyd edək ki, “Avrora-Çay” ASC 14.10.1998-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Quliyeva Gülqayıt Hacıəli qızıdır. Nizamnamə kapitalı 137 min 70 manat olan şirkətin sədri Möhübbət Quliyevdir.