Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Minskdə qiymətlər: Bakı ilə özünüz müqayisə edin – SİYAHI

81 Baxış

Qabaqcadan qeyd edək ki, aşağıda qeyd olunan qiymətlərin bəziləri bütövlükdə Belarus yox, bu ölkənin paytaxtı Minskə aiddir.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Minsk şəhərinin kafelərində orta hesab 9-10 AZN-dir. Turistlər üçün restoranda təxmini xərc 24, “BigMac” 7.70, kapuçino 2 manat 50 qəpikdir.

Ərzaq

0.5 litr su 0.60 AZN

0.5 litr yerli pivə 1.30 AZN

0.5 litr xarici pivə 2.40 AZN

0.75 litr çaxır 7.30 AZN

0.5 litr Coca-Cola 0.85 AZN

1 litr süd 0.90 AZN

1 kq düyü 1.30 AZN

1 kq pomidor 2.45 AZN

0.5 kq çörək 0.75 AZN

1 kq banan 1.75 AZN

1 kq apelsin 2.10 AZN

1 kq alma 1.30 AZN

1 kq kartof 0.60 AZN

1 kq donuz əti 6.95 AZN

1 kq toyuq 3.65 AZN

10 ədəd yumurta 1.45 AZN

1 kq pendir 7.75 AZN

50 qr Snickers 0.77 AZN

Bundan başqa, Minskə yolunuz düşsə, iki nəfərlik hostel otağı 26 AZN, 3-4 ulduzlu oteldə iki nəfərlik nömrə 70, sutkalıq mənzil kirayəsi 40 manatdır. Aylıq internet 14 AZN, kommunal xərclər 40-a başa gəlir.

İctimai nəqliyyat 0.40 AZN

Taksi 6.50 AZN

1 litr Aİ-92 1.65 AZN

1 litr Aİ-95 1.73 AZN

1 litr Aİ-98 1.90 AZN

1 litr dizel 1.73-1.85 AZN

Yuxarıda qeyd olunan məlumatlar iyul ayında, yanacaq qiymətləri isə noyabrın 28-i yenilənib. Bu ölkədə minimum əmək haqqı 307 manatdır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678