Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın sığorta bazarında blokçeyn tətbiq olunacaq

78 Baxış

Azərbaycanda sığorta bazarında blokçeyn texnologiyalarının tətbiqi istiqamətində işlər görüləcək.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Rəqəmsal iqtisadiyyat şöbəsinin rəisi Cavid Abdullayev deyib.

O bildirib ki, ilkin olaraq Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqinə dair ehtiyatlı addımların atılması nəzərdə tutulub: “2022-2026-cı illərin sosial-iqtisadi inkişaf strategiyasında ilkin olaraq sığorta bazarında blokçeyn texnologiyalarının tətbiqi (ağıllı müqavilələr) istiqamətində işlərin araşdırılması hədəflənib”.

“Daha sonra ölkə iqtisadiyyatının digər sahələrində blokçeyn texnologiyalarının tətbiqinə dair işlərin görülməsi planlaşdırılır”, -deyə C. Abdullayev əlavə edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678