“Azərsun Holdinq”ə yeni şirkət qoşulur

25 Baxış

“A-Təchizat” MMC “Sun Food” MMC-yə qoşulur.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, qoşulma nəticəsində “Sun Food” MMC yenidən təşkil olunur.

Şirkətin kreditorları tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 350A ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Sun Food” MMC “Azərsun Holdinq”ə daxil olan şirkətlərdəndir və 16.05.2003 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 110,125 mln manat təşkil edir.