Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kredit faizləri azaldılacaq? – Baş bankir ekspertlərə nə deyib…

62 Baxış

Azərbaycanda kredit faizlərinin aşağı salınması gözlənilir. Bununla bağlı məsələ bir neçə gün öncə Mərkəzi Bankın rəhbəri Taleh Kazımovla müstəqil ekspertlərin görüşündə müzakirə olunub və gələn il üçün ciddi addımların atılacağının anonsu verilib.

Baş bankirlə görüşdə iştirak edən ekspert Əkrəm Həsənov Modern.az-a açıqlamasında Mərkəzi Bankda kredit fazilərinin yüksək olmasına dair müzakirələrin aparıldığını deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın böyük planları var:

“Taleh Kazımov bildirdi ki, faizlərin yüksək olmasının iki əsas səbəbi var. Birinci səbəb maliyyənin özünün baha olması, ikinci səbəb isə işlərin məhkəmədə uzanmasıdır. Banklar bilir ki, məhkəmə uzanacaq, xərc artacaq, buna görə də həmin xərci əvvəlcədən faizə qoyurlar. Prinsipcə, mən də həmişə demişəm ki, faizlərin yüksək olmasının əsas günahkarı banklar deyil. Səbəb məhkəmə, hüquq sisteminin investisiya mühiti ilə bağlıdır. Görüşdə əsasən milli valyutanın məzənnəsi müzakirə olundu. Gələn il üçün məzənənin sabit olacağı gözlənilir. Mərkəzi Bankın böyük planları var, qanunvericiliyə dəyişiklik layihəsi veriblər”.

İqtisadçı ekspert Xalid Kərimli isə deyib ki, görüşdə kapital bazarları, valyuta məzənnəsi, qiymətlərin səviyyəsi və inflyasiya ilə bağlı tədbirlər haqqında müzakirələr aparılıb.

 

“Mərkəzi Bankın faiz dərəcələrini aşağı salmaq üçün istəkləri və planları var. Amma bunun kəskin və sürətli olacağını düşünmürəm. Çünki ölkə ilə, manatla bağlı risklərin olması, manatın maya dəyərinin yüksək olması əsas risklərdəndir. Mərkəzi Bankın mövqeyi ondan ibarətdir ki, fundamental tədbirlər həyata keçirməklə faiz dərəcələrini aşağı salsınlar.

Mərkəzi Bank banklar arasında rəqabəti genişləndirərək faiz dərəcələrini aşağı salmağı düşünür. Taleh Kazımov qeyd etdi ki, ölkədə bankların 5 milyard manata qədər əlində pul var, amma sata bilmir. Çünki həm maya dəyəri yüksəkdir, həm də etibarlı yerləşdirmə problemi var, eyni zamanda risklər yüksəkdir. Bu da imkan vermir ki, istədiyimiz kəskin faiz enişlərini müşahidə edək”, – deyə ekspert görüşlər bağlı təəssüratlarını bölüşüb.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678