Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İnsanı cavan saxlayan möcüzəvi məhsullar

89 Baxış

“Tərkibində təbii biotənzimləyicilər – poliprenollar və bioflavonoidlər olan giləmeyvə və meyvələr insanı cavan saxlamağa kömək edəcək”.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, bunu Rusiyada XFIT fitness testi üzrə terapevt və mütəxəssis Yekaterina Ladygina Gazeta.ru-ya müsahibəsində deyib.

“Bir ovuc zoğal və qarağat kimi giləmeyvə yaddaşı və idrak funksiyasını yaxşılaşdıracaq, antidepresan təsir göstərəcək və gəncliyi uzatmağa kömək edəcək”, – həkim deyib.

Mütəxəssis cavanlığı qorumaq üçün qaragilə, qara və qırmızı qarağat, kivi, zoğal və albalıdan istifadə etməyi tövsiyə edib:

“Onlar reparativ və bərpaedici prosesləri aktivləşdirir, orqanların strukturunu və funksiyalarını bərpa edir”.(publika.az)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678