Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bəzi kişilərdə niyə bığ-saqqal az çıxır?

51 Baxış

Bir çox kişilər üz hissədə az və seyrək tüklənmədən şikayətlənir, trenddə olan sıx saqqal arzulayır.

Turanmedia.az “Medicina”ya istinadən xəbər verir ki, həkimlər kişilərdə üzdə tük seyrəkliyinin səbəblərini açıqlayıb.

Onlardan biri irsiyyətdir. Genetik meyillilik.

İkinci səbəb zərərli vərdişlər, spirt, siqaret, uzun müddətli stresli vəziyyətlər, yuxusuzluqdur.

Çox pivə içənlərdə də üzdə tüklənmə pozulur.

Çünki bu içki qadın hormonu estrogeninin istehsalına kömək edir ki, bu da kişinin üzündəki tüklərin daha da pisləşməsinə və qadın tipinə uyğun olaraq artıq çəkinin yığılmağa başlamasına səbəb olur.

Kişidə bığ-saqqala mane olan əsas səbəb hormonal pozğunluqlar ola bilər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678