Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

22 milyonda bir ehtimal: İt uyğun donoru qoxusundan tapdı – FOTO

40 Baxış

Böyük Britanyanın tərkibində olan Uelsdə həm qaraciyər funksiyası pozulmuş, həm də lupus (dəri vərəmi) olan 44 yaşlı Lusi Hampriyə təcili qaraciyər transplantasiyası lazım olub.

Turanmedia.az “Posta” qəzetinə istinadla xəbər verir ki, həkimlər 5 il ömrü qalan qadın üçün uyğun qaraciyər tapmaq şansının 22 milyonda bir olduğunu söyləyib.

Buna baxmayaraq Lusi qısa zamanda iti sayəsində lazım olan donoru tapıb.

Belə ki, Lusi itləri ilə parkda gəzərkən iti yanından uzaqlaşaraq Keti Seymsn adlı qadının yanına gedib.

İt tanımadığı qadının qoxusunu sahibinə bənzətdiyi üçün onun yanından ayrılmayıb. Bunun da səbəbi hər iki qadının dəri toxumalarının eyni olması ilə bağlıdır.

Lusinin qaraciyər gözlədiyini öyrənən Keti onunla birlikdə xəstəxana yaxınlaşaraq uyğunluq testi verib. Testdə Ketinin qaraciyərinin Lusi ilə 100% uyğun olduğu müəyyən edilib.

Beləliklə Keti Seymsn qara ciyərinin bir hissəsini bağışlayaraq Lusi Hamprinin həyatını xilas edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678