Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hörümçəyi hədəf alan qadın qardaşını nizə ilə vurdu

159 Baxış

Rusiyada qadın doğma qardaşını nizə ilə vurub.

Bu barədə MK xəbər yayıb.

Bildirilir ki, hadisə Moskvada yaşanıb. Qadın hüquq mühafizəçilərə bildirib ki, o, tavanda  hörümçəyi hədəf alıb, amma nizə qardaşına dəyib.

Məlumata görə, qadının qardaşı ilə mənzil üstündə problemi olub. Bildirilir ki, keçirilən ad günü məclisində qadın ¼-nə sahib olduğu evin satışı barədə söz salıb. Qardaşının ailəsi isə yenə bundan imtina edib.

Qadın bundan sonra “ova çıxıb”.

O, tozsoranın borusu və bıçaqdan hazırlanan əldəqayırma nizə ilə qardaşının qarnından vurub. 41 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İfadə zamanı isə qadın tavandakı hökümçəyi hədəf aldığını deyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678