Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkmənbaşı yenidən diqqət mərkəzinə düşdü: Narkotik vasitələri sobada yandırdı – VİDEO

171 Baxış

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yenidən sosial şəbəkələrin ulduzuna çevrilib. Belə ki, o, kamera qarşısında narkotik paketlərini böyük sobada yandırıb.

Bu barədə “Sputnik” kadrlar yayıb.

Görüntülərdə Berdiməhəmmədovun yolsuzluq maşınında Aşqabaddan 100 kilometr məsafədə yerləşən və narkotiklərin məhv edilməsi üçün yeni tikilən kompleksə getdiyi görünür. Bundan sonra, o, hərbçilərlə söhbət edir və dəyəri yüz minlərlə dollar olduğu hesab edilən narkotik torbalarını nəhəng sobaya atmağa başlayır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678