Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tibb bacısı vaksinasiyadan sonra canlı yayımda huşunu itirdi – VİDEO

156 Baxış

Tibb bacısı vaksinasiyadan sonra huşunu itirib.

Hadisə ABŞ-ın Tennesi ştatında Memorial Xəstəxanada keçirilən mətbuat konfransında canlı yayım zamanı baş verib. Məlumata görə, peyvənddən təxminən 17 dəqiqə sonra qızın başı gicəllənib, sonra isə huşunu itirib.

Bu barədə RT xəbər yayıb.

Xəstəxana həkimləri bayılmağın peyvəndlə əlaqəli olmadığını bildirdilər. Mütəxəssislərin fikrincə, baş gicəllənməsi və huşunu itirmə tibbi prosedurlardan sonra baş verir.

Qız özü bunun onun üçün nadir hal olmadığını və ağrı olan zaman huşunu itirə biləcəyini deyib.

Qeyd edək ki, bu “Pfizer” peyvəndindən sonra ilk belə hadisə deyib.

Bundan əvvəl tibb işçilərinin birində şiddətli allergiya yaranmışdı, başqa biri isə peyvənddən bir neçə dəqiqə sonra özünü pis hiss eləmişdi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678