Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İnsanı viruslar qarşısında güclü edən qan qrupu açıqlandı

199 Baxış

Tədqiqatçılar hansı qan qrupu daşıyıcılarının immunitetinin daha zəif, hansının daha güclü olduğunu araşdırıblar. Məlum olub ki, ikinci qrupa sahib insanlar xəstəliklərə qarşı daha həssasdırlar.

Bu barədə “Ekonomika seqodnya” xəbər yayıb.

Məlum olub ki, 40 faiz halda virusa yoluxma zamanı onların oranizminin interferon istehsal etmək qabiliyyəti azalıb.

Birinci, üçüncü və dördüncü qan qruplarının sahibləri daha güclü immunitet ilə seçilib.

Tədqiqat zamanı alimlər dördüncü qrupa sahib insanların ən sağlam olduqları qənaətinə gəlib. Belə ki, 92 faiz halda onlarda interferon yaxşı istehsal olunub.

Birinci və üçüncü qan qrupu olan donorlar arasında bu göstərici müvafiq olaraq 80 faiz və 91 faiz təşkil edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678