Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İldırım vuran adam həmin anı telefona çəkdi – VİDEO

169 Baxış

Braziliyalı Xose Omar de Oliveyranı ildırım vurub və o bu anı videoya çəkib.

Bu barədə “Zvezda” xəbər yayıb.

Məlumata görə, braziliyalı kişi bostanda işləyərkən yağış başlayıb. O, işlərinə fasilə vermək qərarına gəlib. Bu müddətdə ətrafdakı gözəl mənzərəni də telefonun yaddaşına köçürmək istəyib.

Kadrlarda kişinin şövqlə “Bu, İlahi təbiətdir. Əsrarəngiz səmaya bir baxın”, – dediyi eşidilir.

Lakin təbiət videoya öz “imzasını” qoymaq qərarına gəlir: Oliveyranı ildırım vurur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678