Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dişlərinin quruluşuna görə cinayətdə təqsirli bilinib edamına qərar verildi – FOTO

157 Baxış

ABŞ-da başqasının günahına görə 26 il həbs cəzası çəkən məhkuma bəraət verilib.

Bu barədə CNN xəbər yayıb.

Məlumata görə, 1994-cü ildə afroamerikalı Eddi Li Hovard Mississippi ştatının Kolumbus şəhərində yaşayan 84 yaşlı ağdərili Corciya Kempin öldürülməsi və təcavüzünə görə ittiham olunub. Qurbanın bədənindəki dişləmə izləri Hovardın yumulu ağzında dişlərinin vəziyyəti (bir-birinin üstünə düşməsi) ilə müqayisə edilib, nəticədə məhkəmə onu təqsirli bilib və edama məhkum edib.

2020-ci ilin avqust ayında insan haqları təşkilatı “The Innocence Project” (“Təqsirsizlik Layihəsi”) onun işinin araşdırmağa başlayıb.

Mississippi Ali Məhkəməsi materialları nəzərdən keçirib və qurbanın bədənindəki izlərlə məhbusun dişlərinin müqayisəli təhlilinin onu cinayətdə ittiham etmək üçün kifayət etmədiyi qənaətinə gəlib.

Başqa bir dəlil olmadığı üçün Hovard dekabr ayında ölüm hökmündən azad edilib, bir neçə gün öncə isə onun barəsində bütün ittihamlar ləğv edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678