Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gəncin koronavirusa yoluxması bütün ailəni ölümdən xilas etdi – FOTO/VİDEO

132 Baxış

Amerikanın Konnektikut şəhərindəki Norviç şəhərinin gənc sakini koronavirusa yoluxduğu üçün özünün və ailə üzvlərinin həyatı xilas olub.

Bu barədə “News Channel 21” telekanalı xəbər verir.

Məlumata görə, 17 yaşlı Mayklda koronavirus aşkarlanıb. O, xəstəlikdən tez sağalsa da, karantin bitən günün səhəri halı pisləşib və sinə ağrılarından şikayət etməyə başlayıb. Bundan narahat olan anası Nikol Uilson oğlunu xəstəxanaya aparıb. Əvvəlcə həkimlər mədə qıcqırmasından şübhələniblər, lakin yeniyetmənin bir müddət əvvəl koronavirusa yoluxduğunu öyrəndikdən sonra hər ehtimala qarşı qan analizindən keçiriblər.

Nəticə Uiolsonu dəhşətə gətirib.

“Az qala huşumu itirirdim, dizlərimdə taqət kəsildi”, – deyə ana olanları xatırlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678