Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məhkəmə iclasında məzəli vəziyyət: Vəkil pişik obrazında göründü – VİDEO

144 Baxış

ABŞ-ın Texas ştatında Rod Ponton adlı vəkil məhkəmə iclasına pişik obrazında görünüb.

“İzvestiya”nın  məlumatına görə, bu barədə videonu iclasda iştirak edən məhkəmə hakimi yayımlayıb.

Bildirilib ki, hüquq müdafiəçisi səhvən filtri yandırıb və məhkəmədə qəmgin pişik şəklində görünüb. Ponton nə qədər çalışsa da, proqramı düzəldə bilməyib.

“Mən burda canlı yayımdayam, mən pişik deyiləm”, – deyə vəkil bildirib.

Pontonun müsahibləri hadisəni yumorla qarşılayıblar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678