Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kəfəni açanda ölən uşaqlarının cəsədi yerinə gəlinciklər tapdı – VİDEO

142 Baxış

Dağıstanda ölü doğulan uşaqlarını dəfn edən ata tabutda cəsədlər yerinə kəfənə bükülmüş gəlinciklər tapıb.

Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb.

Davud Davudov “cəsədlərin” Stavropol şəhərində perinatal mərkəzdən verildiyini bildirib. Ona orada yeni doğulan övladlarının öldüyünü deyiblər. O da, uşaqları dəfn etmək üçün Dağıstana yollanıb.

“Uşaqlarım doğuldu. Onları dəfn etmək üçün Dağıstana gətirdim. Kəfəni açdım və baxın nə gördüm. Burada oyuncaqlar var. Əsl gəlinciklər. Deməli övladlarım sağdır?”, – deyə kişi bununla bağlı sosial şəbəkədə yaydığı videoda bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678