Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Instagram” paylaşımları evlərinin qarət olunmasına səbəb oldu – FOTO/VİDEO

138 Baxış

İtaliyada qurbanlarını “Instagram” hesabdan axtaran dəstə saxlanılıb.

Bu barədə “Corriere Milano” xəbər yayıb.

Bildirilir ki, zərərçəkənlər arasında məşhur aparıcı Diletta Leotta və “İnter” klubunun futbolçusu Əşrəf Hakimi də var.

İstintaqın məlumatına görə, dörd nəfərlik dəstə qurbanlarının həyat tərzini, mənzillərinin planını, pəncərələrin quruluşunu onların “Instagram”dan paylaşdığı statuslar vasitəsi ilə izləyirmiş.

Bunun sayəsində Diletta Leottaya 150 min avroluq zərər dəyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678