Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə şəhər mərkəzində canavar peyda olub – VİDEO

132 Baxış

Türkiyənin Yüksəkova ilçə mərkəzində canavar peyda olub.

“Haber Global”ın məlumatına əsasən, iki gün ərzində şəhər küçələrilə sərbəst şəkildə dolaşan canavar görənləri qorxuya salıb.

Sakinlərin müvafiq qurumlara müraciətindən sonra hadisə yerinə baytar qrupu göndərilib. Həkimlər canavara uzaq məsafədən yuxu iynəsi ilə atəş açıblar. Lakin buna baxmayaraq, vəhşi heyvan izləyicilərindən uzaqlaşmağı bacarıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678