Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaz-yay mövsümündə hansı rənglər dəbdə olacaq? – FOTO

270 Baxış

ABŞ-ın “Pantone” Rəng İnstitutu bu ilin yaz-yay aylarında dəbdə olacaq rəngləri açıqlayıb.

Bu barədə “Korrespondent” nəşri məlumat yayıb.

“Son illərin güllü-çiçəkli dəbindən sonra bu dəfə yaz-yay mövsümünə daha sakit rəng çalarları ilə daxil oluruq. Açıq boz, çəhrayı və yaşıl rənglərin müxtəlif çalarları mövsümün əsas rəngləri olacaq. Həmçinin sarı, sarımtıl ağ, narıncı, tünd qırmızı rəngli geyim və aksesuarlar da çox populyar olacaq”, – deyə institutun açıqlamasında bildirilib.

Qeyd edək ki, “Pantone Color Institute” artıq 20 ildir ki, dünya sənayesinin aparıcı rəng eksperti hesab olunur. Onun proqnozları təkcə dəb aləmində deyil, poliqrafiya, dizayn, kino və digər sahələrdə çalışan şirkətlər tərəfindən nəzərə alınır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678