Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağ Evin “YouTube” səhifəsində şərh yazmaq funksiyası söndürülüb

136 Baxış

“YouTube” videohostinqinin istifadəçiləri Ağ Evin rəsmi hesabındakı videoların altında şərh yazmaq imkanlarını itiriblər.

TASS xəbər verir ki, sözügedən kanalda, videonun altındakı şərhlər bölməsində “Şərhlər bağlanılıb” bildirişi meydana çıxıb.

İstifadəçilər nə yeni şərh yaza, nə də əvvəlki şərhləri oxuya bilirlər.

Bu qərarın kim tərəfindən verildiyi hələ ki açıqlanmır.

Ağ Ev məsələyə münasibət bildirməyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678