Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

12-ci mərtəbədən yıxılan qızı kuryer xilas etdi – VİDEO

135 Baxış

Vyetnamda eyvandan yıxılan körpə qızın qurtarılması görənləri heyrətləndirdi.

“Haber Global”ın məlumatına görə, çoxmərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılan qızın cəmi 3 yaşı olub.

O, valideynlərinin diqqətindən bir anlıq yayınaraq eyvana çıxıb. Burada da sakit dayanmayan uşaq məhəccəri aşaraq çölə qaçmağa çalışıb.

Bunu görən qonşular səs-küy salaraq, bu görüntüləri mobil telefon vasitəsilə qeydə almağa başlayıblar. Elə bu an çatdırılma üçün binanın qarşısına yaxınlaşan kuryer onların səslərini eşidib və məhəccəri aşan uşağı görcək əllərini açaraq aşağıda gözləməyə başlayıb. Bir müddət sonra eyvandan yıxılan uşaq düz onun üzərinə düşüb.

Hadisə nəticəsində onların hər ikisi xəsarət alıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678