Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Barbie” “Roskosmos”un yeganə qadın kosmonavtının obrazında gəlincik istehsal edib – FOTO

150 Baxış

“Barbie” brendi Rusiyanın “Roskosmos” kosmik agentliyinin yeganə qadın kosmonavtı Anna Kikinanın obrazında gəlincik istehsal edib.

TASS-ın məlumatına görə, bu barədə “Mattel” uşaq oyuncuqları istehsalçılarının mətbuat konfransında bildirilib.

Şirkətin nümayəndəliyindən vurğulanıb ki, gəlincik iki geyim variantında təqdim olunacaq: uçuş kostyumunda və açıq kosmos üçün skafandrda.

Kikinanın sözlərinə görə, gəlincik qızlara arzularına lazımi formada hazırlaşacaqları təqdirdə kosmonavt ola biləcəklərini anlamağa kömək edəcək.

“Barbi ilə oynayan hər qızın kosmonavt olmaq istəməsi vacib deyil. Əsas odur ki, onlar istədikləri peşəyə yiyələnmək üçün seçimlərinin olduğunu bilsinlər”, – deyə o, vurğulayıb.

Qeyd edək ki, 36 yaşlı Anna Kikina 2016-cı ildən bəri “Roskosmos”un yeganə qadın kosmonavtıdır. Onun ilk uçuşunun vaxtı isə hələ açıqlanmayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678