Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiyada sirk əməkdaşının belini sındıran fil barədə qərar bəlli oldu – FOTO

126 Baxış

Rusiyada Kazan şəhərində sirk əməkdaşının belini sındıran fil barədə qərar bəlli olub: Onlar şəhərdən çıxarılacaqlar.

Bu barədə “Tatarstan24” xəbər yayıb.

Heyvanların hara aparılacaqları hələ ki, məlum deyil.

Qeyd edək k, təqribən iki həftə əvvəl tamaşa zamanı iki fil bir-biri ilə dava etmişdi. Bir neçə gün öncə isə həmin heyvanlardan biri sirk əməkdaşına hücum edərək, onun belini sındırıb. 28 yaşlı zərərçəkən hazırda xəstəxanadadır.

Fillərin aqressiv davranışının səbəbi ilə bağlı versiyalardan biri kimi,  tamaşalardan əvvəl onlara verilən sakitləşdirici dərmanların olmaması göstərilib. Onlar xaricdən gətirilir, hazırda isə pandemiya səbəbindən bu preparatların tədarükləri dayanıb və tabletlər bir analoqla əvəz edilib. Lakin belə görünür ki, bu dərmanların effektivliyi zəif olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678