Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İngiltərədə sahildən bir ton kokain tapıldı – FOTO

178 Baxış

İngiltərənin Şərqi Sasseks çimərliyində sahildən təxminən bir tona yaxın kokain tapılıb.

Bu barədə “Mirror” Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyinə istinadla xəbər yayıb.

Xilasetmə gödəkçələrinə yapışdırılan və su keçirməyən torbalara bükülmüş narkotiklərin Cənubi Amerikadan çıxarıldığı ehtimal edilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Britaniya polisi tapıntını ekspertizaya verib. İlk nümunələrdə bunun kokain olduğu müəyyən edilib.

O da vurğulanır ki, ümumi çəkisi 960 kq olan kokainin satılması yerli dilerlərə 80 milyon funt sterlinq (192 570 000 manat) qazandıra bilərdi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678