Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Karib dənizində qorxu filmlərini xatırladan tapıntı – FOTO

140 Baxış

Karib dənizində Trinidad və Tobaqo ölkələrinin sahillərinə göyərtəsində 14 çürümüş cəsəd olan qayıq tapılıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə yerli polis öz Facebook səhifəsində məlumat verib.

Qayıq Belle Garden qəsəbəsi yaxınlığında balıqçılar tərəfindən aşkar edilib.

Məlumata görə, bütün meyitlər kişilərə aidir.

Meyitlər parçalanma mərhələsində olub, bəzilərinin isə təkcə sümükləri qalıb.

Ölüm səbəbinin müəyyənləşməsi üçün qalıqlar ekspertizaya göndərilib.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678