Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İkitərəfli görüşdə Lavrovun zarafatı Çavuşoğlunun xoşuna gəlib – VİDEO

154 Baxış

Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında bu gün Antalyada keçirilən təkbətək görüş sona çatıb.

Görüş başlamazdan əvvəl nazirlər iki ölkənin bayraqları qarşısında xatirə şəkli çəkdiriblər.

“RİA Novosti”nin məlumatına görə, bu zaman maraqlı hadisə yaşanıb. Belə ki, şəkil çəkdirmə mərasimində türkiyəli jurnalist bayrağın görünmədiyi səbəbindən Lavrovdan yerini dəyişməsini xahiş edib.

“Siz gördüyünüzü görürsünüz. Bizə nə etməli olduğumuzu deməyin”, – deyə Lavrov cavab verib.

Çavuşoğlu isə gülərək zarafatın onun xoşuna gəldiyini bildirib.

Qeyd edək ki, nazirlərin görüşündən sonra heyətlər arasında danışıqlara başlanıb. Toplantı mətbuata qapalı olaraq davam edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678