Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Satanist cütlük ritual cinayətlərini və kannibalizmi etiraf etdilər – FOTO

159 Baxış

Rusiyada satanistlər Leninqrad vilayətində və Kareliya meşələrində bir sıra ritual cinayətlərini etiraf ediblər.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, Andrey Trequbenko və Olqa Boşakova narkotiklərlə əlaqədar saxlanılıblar. Polis şəbəsində isə onlar iki nəfəri öldürdükdən sonra doğradıqlarını deyiblər və kannibalizm barədə danışıblar.

Öldürülənlərin özləri də ezoterikliklə məşğul olublar. Onlar Andrey və Olqaya kor-koranə güvəniblər, buna görə də meşəyə birlikdə yollanıblar. Ancaq qurban kimi seçildiklərinin fərqində olmayıblar.

Bildirilir ki, qurbanların hər ikisi 2016 -cı ildən itkin düşmüş sayılır. Valideynlər, könüllülər, polislər onların axtarışı ilə məşğul olub. Ancaq satanistlər klubu hər şeyi bilib və hətta təfərrüatları müzakirə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678