Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Süni İntellektin müsbət və mənfiləri

156 Baxış

Yəqin ki Süni İntellekt (Sİ) anlayışı artıq bizə yad deyil. Hər gün buna dair ya məhsul və xidmətlərlə rastlaşırıq, ya da bu yanaşmanın insanların fəaliyyət göstərdiyi əksər sahələrdə tətbiqinə dair müzakirələri eşidirik.

Bu dəfə Sizinlə Sİ-nin müsbət və mənfi cəhətləri barəsində qısa qeydlər paylaşılacaq. Bildiyiniz kimi, bu texnoloji yeniliyin faydaları ilə yanaşı zərərləri də illərdir müzakirə mövzusudur. Hətta texnoloji imkanların geniş tətbiq olunduğu cəmiyyətlərdə belə bu “yenilik” və ya “çağırış” heç də birmənalı qarşılanmır. Bunun da əsas səbəbi əsasən kütlələr tərəfindən cəmiyyətdə Sİ-nin işsizliyi kəskin olaraq artıracağı “gözləntiləri” və ya “qayğılarıdır”. Bu da anlaşılandır. Cəmiyyətlərin texnologiyaya adaptasiya sürəti ilə texnologiyaların özlərini yeniləmə sürətləri dəfələrlə sonuncunun lehinədir. Bununla belə, bu reallıq qaçılmazdır. Bu reallığı cəmiyyətlər nə qədər tez məniməsəyərlərsə onun faydasını daha tez əldə edər, zərərlərini isə minimallaşdırarlar.

Elə isə gəlin Sİ-nin müsbət və mənfi tərəfləri ilə tanış olaq. Qeyd olunmuş müsbət və mənfilər qlobal miqyasda ən çox vurğulanan, ən çox istinad edilənlərdir.

 

Müsbətlər:

 

Təkrarlanan və yorucu işlərin, tapşırıqların avtomatlaşdırmaqla tamamilə aradan qaldıra bilməsi

Tətbiq edilən proses və tapşırıqlarda minimum və ya heç bir xətanın, səhvin olmaması

Sürətli və doğru qərarları verə bilməsi

Günün istənilən vaxtı fəaliyyət göstərə bilməsi (24×365)

 

 

Mənfilər:

 

Sİ-nin ilkin mərhələdə tətbiqi böyük investisiya (maliyyə, texnoloji) tələb etməsi

Bu sahədə təcrübəli mütəxəssislərin azsaylı olması və ya heç olmaması

Tamamilə Sİ məhsulu və xidmətlərinin hələ də tam formalaşmaması

Sİ-dən arzuolunmayan məqsədlər üçün istifadə oluna bilinməsi

Sİ-nin tətbiqi nəticəsində işsizliyin artması


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678