Faydası qabığında olan qidalar hansılardır?

15 Baxış
Vitamin və minerallarla zəngin olan bəzi qidaların qabıqları özləri qədər fayda verir. Bu səbəbdən mütəxəssislər qabıqların qiymətləndirilməsini və müalicəvi məqsədlə istehlak edilməsini tövsiyə edirlər.

Turanmedia.az axar.az-a istinadən faydası qabığında olan qidaları təqdim edir.

Kivi qabıqları – Qida zəhərlənməsinə yaxşı təsir edən qidalardan biridir. Zəhərlənmə zamanı kivi qabığını soymadan sıxıb içsəniz, qabığındakı vitaminlər sayəsində mədəniz təmizlənəcək.

Kartof qabıqları – Kartof qabığı şişkinliyi azaltmaqda möcüzəvi qidadır. Xüsusilə sızanaqlara və göz altı torbalarına yaxşı gəlir.

Alma qabıqları – Alma qabıqları qurudularaq çay kimi içilir. Bu çay yemək borusu və mədəni təmizləyir.

Fındıq qabıqları – Fındıq qabığının kemoterapi görən xəstələrdə yaşanan deformasiyaları azaltdığı müşahidə edilmişdir. Buna görə də elm adamları fındıq qabığından dərman istehsal etməyi və kimyaterapiya alan xəstələrdə dərman kimi istifadə etməyi hədəfləyirlər.

Portağal qabıqları – Tərkibindəki efir yağı sayəsində dəridəki deformasiyaya uğramış hüceyrələri azaldır. Həmçinin böcəklər portağal qoxusunu sevmirlər. Səbəb yenə də bu yağdır.

Banan qabıqları – Tərkibindəki yüksək lif sayəsində banan həzm xəstəlikləri riskini azaldır. Həmçinin dəri problemləri üçün də yaxşıdır.

Limon qabıqları – Limon qabığındakı həlledici turşu boğaz iltihabında meydana gəlir və infeksiya viruslarını azaldır. Tıxanmış burnu açmaq üçün də istifadə olunur. Bəzi mütəxəssislər limon qabıqlarının yuyulub istehlak edildiyi zaman diş sağlamlığına da dəstək olduğunu bildirirlər.

Şaftalı qabıqları – Şaftalı qabıqlarını üzünüzə çəkərək tonik effekt verə bilərsiniz. Tərkibindəki A vitamini sayəsində üzünüzü toksinlərdən təmizləyir və parlaqlıq verir.

Soğan qabıqları – Mütəxəssislər soğan qabığının faydalarının soğandan daha çox olduğunu vurğulayırlar. Bədənin gündəlik ehtiyacı olan lif və flavonoidlərlə qarışdırıla bilən soğan qabıqları qan səviyyəsində pis xolesterini tənzimləyərək ürək xəstəliklərinin qarşısını alır. Eyni zamanda soğan qabıqları qaynadılıb hisə verilən zaman bədəndəki bütün iltihabları aradan qaldırır.