Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hər rəngin öz xüsusiyyəti var

115 Baxış
Həyat tərzimizin bir parçasına çevrilən rənglər ruhi və fiziki sağlamlığa birbaşa təsir edir. Rənglərin həmin funksionallığını bir sıra psixoloji durumlarda da müşahidə etmək olur.

Turanmedia.az ölkə.az-a istinadən xəbər verir ki, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib: “Rənglərin psixologiyaya həm müsbət, həm də mənfi təsirləri var. Alimlərin apardığı araşdırmalara görə, rənglər beyni rahatladır, dincəldir, bir sıra müsbət keyfiyyətlər əmələ gətirir. Mənfi, xoşagəlməz rənglərin əhatə etdiyi mühitdə neqativ aura sıxmağa başlayır və gərginlik yaradır, qan təzyiqi və digər sağlamlıq problemləri meydana çıxa bilər”.

Rəng terapiyasının əsas məqsədi insanlarla rənglər arasındakı auranı bütünləşdirməkdir. Araşdırmalara görə, insan aurası yeddi rəngdən ibarətdir. Onlar bədənimizdə müəyyən nizamla düzülüb və bu nizam bizi bir çox xəstəliklərdən qoruyur. İnsanın ruh halının dəyişməsi, həm də rəng nizamında baş verən proseslərlə əlaqələndirilir. Mütəxəssislərin araşdırmasına görə, xromaterapiyanın, yəni rəng terapiyasının köməyi ilə əsəb, yuxusuzluq, stress və s. problemləri aradan qaldırmaq mümkündür: “Gərginlik, stress yaşayanlar neqativ, sıxıcı rənglərin əhatəsində olanda onların psixologiyası daha da yüklənməyə və yorulmağa başlayır. Məsələn, deyək ki, hansısa bir rəngdə paltar geyinib evdən çıxmaq istəyiriksə, həmin rəngdə olan paltarı da geyinmək lazımdır. Əgər hansısa rəngi beynimizdə seçib digər bir rəngi seçib geyinəndə bütün gün sarsıntı və gərginlik içində keçəcək”, – deyə müsahibimiz bildirib.

Bütün rənglərin insan psixikasına təsiri var. Ona görə də psixoloqlar insanların rəng seçiminə daha diqqətlə yanaşmağını tövsiyə edirlər. İstər geyim, istərsə də mənzil interyerində həmin faktor çox vacib rol oynayır. Bundan başqa, imkan daxilində qara rəngdən az istifadə etmək lazımdır, çünki bu rəngin aurasında mənfi enerji çoxdur: Psixoloq deyib: “Gecə klublarında qırmızı rəngin çalarlarından ona görə daha çox istifadə olunur ki, vaxtın, saatın gedişi hiss olunmasın. Restoranların oturacaqlarının isə daha çox qəhvəyi rəngdə olması həmin məkanda əyləşənləri uzun zaman sərf etməkdən çəkindirmək, müəyyən bir vaxtdan sonra oranı tərki etmək məqsədi daşıyır. Yaşıl isə inam və ümid verən rəng olduğuna görə cərrahiyyə otaqlarında həm xəstəyə ümid vermək və sakitləşdirici mühit yaratmağa xidmət edir”.

Mavi və yaşıl rəng rahatlıq və soyuqluq təlqin etdiyinə görə qorxu hissinin aradan qaldırılmasında istifadə olunur. Bəzi ev interyerlərində ailənin ən kiçik sakinlərinin otağı məhz həmin rəngdə olur. Bundan başqa, mütəxəssislərin fikrincə, qırmızı rəng qanda adrenalini artırır, sarı rəng isə dəri xəstəliklərini və həzm probleminin həllində kömək edir. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678