Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

WhatsApp-da silinən mesajlar bir-bir ortaya çıxacaq – Yenilik

113 Baxış

Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan “WhatsApp” xidmətlərini yeniləməkdə davam edir.

Turanmedia.az sfera.az-a istinadla xəbər verir ki, bu yaxınlarda məlum olub ki, platforma “mesajın redaktəsi” funksiyası üzərində işləyir.

Mesajlaşma proqramında hər kəsin bildiyi kimi mesajları silmək imkanı var. Bu funksiya “Hər kəs üçün Sil” və ya “Mənim üçün Sil” seçimləri ilə mesajları müəyyən müddət ərzində silməyə imkan verir.

“WebTekno”da verilən xəbərə görə, ortaya çıxan yeni funksiya ilə siz dostlarınıza sildikləri mesajları geri götürmələrini deyə biləcəksiniz.

“WABetaInfo”nun məlumatına görə isə “WhatsApp” əməliyyatı geri qaytarmağa imkan verən düymə üzərində işləyir. Bu xidmətin çox faydalı ola biləcəyini söyləmək mümkündür.

Məsələn, bir mesajı səhvən silsəniz, bu düymə sayəsində mesajı geri ala biləcəksiniz.

Sözügedən funksiyanın tətbiqdə necə görünəcəyi və istifadə olunacağı ilə bağlı məlumatlar açıqlanıb. Mesajlar silindikdən sonra ekranın aşağı hissəsində ‘Mesaj Silindi’ sözləri ilə bildiriş görünəcək.

Bu bildirişdə siz əməliyyatı geri qaytarmağa imkan verən ‘Geri Al’ düyməsini görə biləcəksiniz. Demək olar ki, bu, Gmail-dəki geri qaytarma funksiyasına bənzəyir.

Bu funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkündür. Geri qaytar düyməsinin “Hər kəs üçün sil” funksiyası ilə silinmiş mesajlarda işləyəcəyi məlum deyil. Ekran görüntüsündə yeni funksiyanın silinmiş mesajda “Məndən sil” ilə birlikdə istifadə ediləcəyi bildirilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678