Rusiyaya smartfonların ixracı qadağan edilə bilər

27 Baxış

Avropa Birliyinin (AB) Rusiyaya qarşı yeni sanksiyalar paketinə onlarla yüksək texnologiyalı məhsulun ixracı daxil ola bilər.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, xüsusilə söhbət smartfonlar, radar və lazer avadanlıqlarından gedir.

Həmçinin, təşəbbüs müəllifləri AB şirkətlərinə rusiyalı müştərilərinə İT xidmətləri göstərməyi qadağan etmək və AB-də “Kasperski Lab” məhsullarından istifadəni dayandırmaq istəyirlər.

Qeyd edək ki, Avropa Komissiyasının nümayəndələri ilə AB ölkələri rəsmiləri arasında Rusiyaya qarşı növbəti sanksiyalar paketinin müzakirələri artıq başlayıb.