66 il saçını yumadan uzatdı – Piton ilanına bənzətdi – FOTO

55 Baxış

Turanmedia.az xəbər verir ki, Vyetnam sakini, 85 yaşlı Nquyen Thi Din 66 il ərzində saçlarını yumadan uzadıb. Buna səbəb ilk dəfə 19 yaşında saçını kəsdirdikdən sonra yaranan baş ağrıları olub.

Uzun saçlara qulluq etmək çətin olduğundan qadın onları hörülü vəzyyətdə saxlayır və onun saçları uzunluğu 6 metrdən çox olan piton ilanını xatırladır.

“Mən saçlarımı kəsməkdən imtina etdim və onlar uzandıqca xəstəliyim sağalırdı. Qəribə olsa da. başımı yuduqda yenə ağrımağa başladı. Ona görə mən onu yumaqdan da tamamilə imtina etdim və saçıma su dəyməsinə imkan vermirəm”. – deyə Thi Din izah edib.

Nquyen hazırda budda məbədində yaşayır və çox sadə həyat tərzi sürür. //Big.az