Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Kim milyoner olmak ister”dəki 1 milyonluq sual gündəm oldu

70 Baxış

Türkiyənin reytinqli layihələrindən olan “Kim milyoner olmak ister”də maraqlı anlar yaşanıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, aktyor Kenan İmirzalıoğlunun aparıcılığını etdiyi yarışmada Batu Alıcı adlı iştirakçı 1 milyon lirə (təxminən 91 min 200 AZN) məbləğindəki suala qədər bütün sualları cavablandırıb. 1 milyonluq sualda isə “Variantlardan hansı Dədə Qorqud hekayələrindəki personajlardan biri deyil?” soruşulub.

Doğru cavab “Bala Hatun” olub. İştirakçı bu sualı cavablandıra bilməyib. O, yarışmanı tərk edərək 500 min lirə (45 min 600 AZN) ilə kifayətlənib.

Reytinqli layihədə verilən bu sual həm Türkiyə, həm də Azərbaycan mətbuatında gündəm olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678