Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Poçt göyərçini 1,6 milyon avroya satıldı – VİDEO

175 Baxış

Belçikada auksionda “New Kim” adlı poçt göyərçini 1,6 milyon avroya (3 218 450 AZN) çinli bir alıcıya satılıb. Bu, indiyə qədər Avropada ən yüksək qiymətə satılan göyərçin olub.

Bu barədə “Haber Global” xəbər yayıb.

Quş Çində məşhur olan göyərçin yarışlarında istifadə edilmək üçün alınıb.

Məlumata görə, lələklilər fəsiləsinin nümayəndəsi auksiona 200 avroya (402 AZN) çıxarılmışdı.

Göyərçinin keçmiş sahibi Kurt Van de Vauver “New Kim”in satıldığı qiyməti öyrənəndə özünün və ailəsinin şoka düşdüyünü açıqladı. O, quşun 2018-ci ildə bir sıra yarışlarda qalib gəldiyini, lakin həmin vaxtdan bəri müsabiqələrə qatılmadığını vurğulayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678