Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Madonnanın filmi niyə təxirə düşüb? – SƏBƏBİ

62 Baxış

Dünya şöhrətli müğənni Madonnanın həyatından bəhs edəcək filmin çəkilişinin nəyə görə təxirə düşməsinin səbəbləri məlum olub.

Turanmedia.az lent.az-a istinadən xəbər verir ki, “Universal Pictures” şirkəti sərt ssenariyə görə filmi istehsaldan geri çəkib.

“Madonna daha cəsarətli, daha qaranlıq, daha kobud bir şey istəyir, buna görə də hər şey dayandı” – deyən şirkətin məsul şəxsi Madonnanın dünya turu bitdikdən sonra layihə üzərində yenidən işləyəcəyini söyləyib.

Məlumatlara görə, müğənni bioqrafik filmin hazırlanması üçün bununla məşğul olacaq kinostudiya axtarışındadır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678